2018-12-14

Cari ilin 13-14 dekabr tarixlərində Bakıda QDİƏT üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilmişdir.

Tədbirdə Moldova Respublikası Xarici İşlər və Avropaya İnteqrasiya Naziri Tudor Ulyanovski iştirak etmişdir.İclasa sədrliyi Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov etmişdir. İclasda enerji, turizm, iqtisadiyyat və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Qeyd edək ki, Azərbaycanın 2018-ci il iyulun 1-dən dekabrın 31-dək QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Azərbaycanın sədrliyinin əsas prioritetləri sırasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur. Tədbir çərçivəsində Moldova XİN rəhbəri AR XİN rəhbəri, həmçinin AR-lə MR arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın sədri İnam Kərimovla da ikitərəfli görüş keçirmişdir.

Arxiv üzrə axtarış