2018-12-25

İon Tiqinyanu: Azərbaycan elmi dünyanın inkişaf tendensiyalarına cavab verən səviyyəyə çatdırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənizdə elm yüksək səviyyədə inkişaf edir.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Moldova Elmlər Akademiyasının birinci vitse-prezidenti İon Tiqinyanu söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycanda elmin, yeni texnologiyaların, kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. Bu gün Moldova və Azərbaycan alimləri arasında da səmərəli əməkdaşlıq mövcuddur. Ümid edirəm ki, bu əməkdaşlıq alimlərimizin birgə layihələrinə böyük töhfə verəcək.

İ.Tiqinyanu bildirib ki, Azərbaycan elmi dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırılıb.

Arxiv üzrə axtarış