2018-12-25

Moldova Respublikası Sosialistlər Partiyasının sədri, Moldova parlamentində MRSP fraksiyasının və Rusiya Federasiyası ilə dostluq qrupunun rəhbəri Zinaida Qreçanıydan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Moldova Respublikası Sosialistlər Partiyası adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi

 qəbul edin.

Bu əlamətdar gündə məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə tərəqqiyə, rifaha

 nail olub, siyasi, iqtisadi və mədəni sahələrdə uğurlar qazanıb.

Moldova Respublikası Sosialistlər Partiyası Yeni Azərbaycan Partiyası ilə dostluq əlaqələrinə böyük əhəmiyyət verir. Fürsətdən

 istifadə edib əmin olduğumu bildirirəm ki, Yeni Azərbaycan Partiyası ilə Moldova Respublikası Sosialistlər Partiyası arasında

 dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan hərtərəfli əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra

 da möhkəmlənəcək və inkişaf edəcək.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar, dost Azərbaycan xalqına

 sülh və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

 

Zinaida Qreçanıy

Arxiv üzrə axtarış