Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurasının sədri, Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti Vasili Tarlevdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə 30 dövlətin işgüzar dairələrinə aid təşkilatları birləşdirən Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi, Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Sizin üçün bu əlamətdar gündə Sizə səmimi qəlbdən firavanlıq, əla əhval-ruhiyyə və nikbinlik arzu edirik.
Siz öz insani və işgüzar keyfiyyətləriniz sayəsində haqlı olaraq Sizi tanıyan insanların hörmətini qazanmısınız. İşləriniz həmişə uğurlu olsun.
Sizə xoşbəxtlik, tükənməz yaradıcılıq qüvvəsi, möhkəm cansağlığı, firavanlıq, Azərbaycan xalqının rifahı və beynəlxalq birlik naminə çoxşaxəli fəaliyyətinizdə və təşəbbüslərinizdə yeni uğurlar arzulayırıq.
Qoy dostlarınızın və doğmalarınızın dəstəyi bütün maneələri aradan qaldırmaqda Sizə kömək etsin, hər yeni gün Sizə sevinc gətirsin!
Dərin hörmətlə,
Vasili Tarlev
Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi Şurasının sədri,
Moldova Milli Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti