2019-02-04

ADA Universiteti ilə Ukrayna və Moldovanın diplomatik institutları arasında Memorandum imzalanıb

Kiyev şəhərində GUAM-ın katibliyində quruma üzv olan dövlətlərin Xarici İşlər nazirlikləri yanında diplomatik akademiya və institutların yüksək səviyyəli nümayəndələrinin birinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda görüş iştirakçıları GUAM-a üzv ölkələrin diplomatik akademiya və institutları arasında əməkdaşlığın inkişaf perspektivlərini, təcrübə və məlumat mübadiləsinin aparılması məsələlərini müzakirə ediblər. İclasda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, GUAM-a üzv ölkələrin diplomatik institutları arasında əməkdaşlığın inkişafı zəruridir və təcrübə mübadiləsi fəaliyyəti səmərəli edər.

İclas çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında ADA Universiteti ilə Ukrayna Xarici İşlər Nazirliyi yanında Hennadii Udovenko adına Diplomatik Akademiya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında ADA Universiteti ilə Moldova Respublikası Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Diplomatik İnstitutu arasında Anlaşma Memorandumu” imzalanıb.

Arxiv üzrə axtarış