2019-04-15

Cari ilin 12 aprel tarixində Kişinau şəhərində B.P.Xajdeu adına kitabxanada XXIII beynəlxalq kitab salonu çərçivəsində

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin dəstəyi ilə dilşünas, ədəbiyyatşünas, yazar, ictimai xadim; filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  Azərbaycan Dillər Universitetinin rektoru; Azərbaycan Yaradıcılıq Fondunun sədri, Azərbaycan Milli Elmlər Akademiyasının “Türkologiya” jurnalının baş redaktoru;  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Birinci dərəcəli dövlət müşaviri Kamal Abdullanın (Abdullayev Kamal Mehdi oğlu) “Al və Kuza” Yas Universitetinin dosenti, Lyudmila Bejenaru və onun tələbəsi İrina Milea tərəfindən rumin dilinə tərcümə edilmiş “Sehrbazların dərəsi” romanının (“Cămpia Vrăjitorilor”) təqdimatı keçirilmişdir. Onu da qeyd edək ki, xanım Lyudmila Bejenaru son 7-8 il ərzində öz elmi və mədəni maraqlarını Azərbaycanla bağlamışdır. 2013-2014-cü illərdə Azərbaycan Slavyan Universitetində Yanus layihəsində 10 ay iştirakçı olmuş, Kamal Abdullanın yaradıcılığı barədə kitab yazmış, Bakıda konfranslarda işrtirak etmiş və artıq 2 ildir ki, “Al və Kuza” Yas Universitetində Azərbaycan multikultiralizmi üzrə kurs aparır.

Tədbirdə Səfirlik əməkdaşları ilə yanaşı, yerli ziyalılar, “Al və Kuza” Yas Universitetinin müəllim və professorları, həmçinin tələbələri də iştirak etmişlər. İştirakçılara Kamal Abdullanın həyat və yaradıcılığı, həmçinin roman barədə geniş məlumat verilmişdir. Onu da qeyd edək ki, 2006-cı ildə nəşr olunan Mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömr edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəyələ bitən sirli görüşündən, Sufi dərvişlərin həyatından bəhs edən mistik roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir. Yazıçı Kamal Abdullanın oxucunun diqqətinə müxtəlif dillərdə təqdim edilən “Sehrbazlar dərəsi” romanı orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

Tədbirdə çıxış edən Səfirliyin əməkdaşı L.Orucova Kamal Abdulla yaradıcılığı və roman barədə qısa məlumat verərək, tərcüməçilərə romanın tərcüməsinə, eləcə də iştirakçılara Azərbaycan ədəbiyyatına göstərdikləri maraq və diqqətdən irəli gələrək tədbirdə iştirak etdiklərinə görə Səfirlik adından təşəkkür etdi və gələcəkdə də Moldova oxucularına Kamal Abdullanın yeni-yeni əsərlərinin tərcümə ediləcəyinə ümidvar olduğunu qeyd etdi.

Öz növbəsində Lyudmila Bejenaru Səfirliyə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, Kamal Abdulla yaradlıcılığı ilə əməkdaşlığı bununla yekunlaşmayacaqdır.

 

Arxiv üzrə axtarış