2019-04-19

Namiq İsmayılovun Moldova Prezidenti İqor Dodon tərəfindən təltifetmə mərasimi

Cari ilin 18 aprel tarixində Moldova Respublikasının Prezidenti İqor Dodon tərəfindən Prezident Aparatında Moldova Respublikasının bir sıra elm, ictimai, mədəni, siyasi xadimlərinin, eləcə də Moldovada yaşayan digər xalqların diaspor xadimlərinin ölkə qarşısında xidmətlərinə görə orden və medallarla təltif etmə mərasimi keçirilmişdir.

        İlk öncə mərasimi açan Prezident təltif olunacaq şəxslərə Moldova Dövləti qarşısında göstərdikləri əvəzsiz xidmətlərinə görə şəxsən öz adından, Moldova xalqı və Moldova dövləti adından öz dərin minnətdarlığını bildirmiş, daha sonra təltif etmə mərasimi başlamışdır. Təltif olunanlar cənab Prezidentə öz təşəkkürlərini bildirmişlər. Tədbirdə Moldova Respublikasının yerli KİV nümayəndələri, ictimai-siyasi xadimləri ilə yanaşı, Azərbaycan diasporunun nümayəndəsi və Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak etmişlər. Mükafata laqyiq görülənlər sırasında Moldova Azərbaycanlıları Konqresinin nümayəndəsi Namiq İsmayılov da olmuşdur. Həmyerlimizə Moldovada 90-cı illərdə baş vermiş münaqişə (Dnestr münaqişəsi; münaqişə 1989-1992–ci illər ərzində olmuş, Rusiyanın məsələyə qarışmasından sonra münaqişə, döyüşlər dayandırılmışdır. Belə ki, 07.07.1992-ci ildə Rusiya Federasiyası ilə Moldova Respublikası arasında münaqişənin sülh yolu ilə həlli barədə plan imzalanmış, 21.07.1992-ci il tarixində isə münaqişənin dinc yolla həll edilməsi barədə saziş imzalanmış (hansı ki Dnestryanı separatist rejim bununla razılaşmış), 29.07.1992-ci il tarixində Bender və Dubossara Rus sülh məramlı qüvvələri yeridilmişdir. 01.08.1992-ci ildən hərbi münaqişə dayandırılsa da, bu günədək münaqişə həll edilməmiş qalır. Hazırda Dnestryanı ərazidə sülhü Rusiya və Moldovadan olan hərbi kontingent və Ukraynadan olan hərbi müşahidəçilərin daxil olduğu birgə sülhməramlı qüvvələr təmin edir. Moldova tərəfi dəfələrlə Rusiya qoşunlarının regiondan çıxarılması barədə çıxış etmişdir) zamanı gedən döyüşlərdə  iştirakına, Moldova Dövləti üçün göstərdiyi xidmətlərinə görə medalla təltif edilmişdir. Həmyerlimiz təltif etmə zamanı çıxışında cənab Prezidentə göstərdiyi yüksək diqqətə və etimada görə öz təşəkkürünü bildirmiş və ona Azərbaycanın dahi  şahiri Nizami Gəncəvinin əsərlərindən ibarət 4 dildə (azərbaycan, rus, ingilis və rumin) nəşr olunan kitabçanı hədiyyə etmişdir. Öz növbəsində, Prezident bu xoş hədiyyəyə görə minnətdarlığını ifadə etmişdir.  Qeyd edək ki, Səfirlik əməkdaşları da Səfir başda olmaqla, Səfirlik adından Namiq İsmayılovu təbrik etmiş və gələcək işlərində ona uğurlar arzulamışlar. Həmyerlimiz təbrikə görə dərin minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının rəhbərliyi-cənab Prezident başda olmaqla, dövlətimizin, eləcə də Səfirliyin hər zaman Moldovada yaşayan həmvətənlərimizə göstərdiyi diqqət və qayğıyı, dəstəyi xüsusi ilə vurğulamışdır. Sonda xatirə şəkli çəkilmişdir.

Arxiv üzrə axtarış