2019-05-29

Cari ilin 28 May tarixində Azərbaycan Respubikasının Moldova Respublikasındakı Səfirliyi tərəfindən Respublika Günü və Azərbaycan Diplomatiyasının 100 illiyinə həsr olunmuş ziyafət təşkil edilmişdir.

Tədbirdə Moldova Respublikasının dövlət rəsmiləri: Moldovanın Baş Naziri Pavel Filip, Xarici İşlər və Avropaya İnteqrasiya naziri Tudor Ulyanovski, İqtisadiyyat və İnfrastruktura naziri Kiril Qaburiç, Təhsil, Mədəniyyət və Tədqiqatlar naziri Monika Babuk və.s, Moldova parlamentinin birinci vitse-spikeri Vladimir Vityuk və deputatları, Moldova Respublikasında akkreditə olunan Səfirlik və Baş Konsulluqların, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və əməkdaşları, Moldovanın tanınmış ictimai-siyasi xadimləri, hüquqşunaslar, politoloqlar, yerli KİV nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri, Moldovada təhsil alan tələbələr, Moldova Milli kitabxana (Yelena Pintiley) və digər kitabxanaların direktorları, Moldova Milli Elmlər Akademiyasıın rəhbəri İon Tighineanu və digər alimlər, biznes və ticarət sahəsində ölkənin qabaqcıl iş adamları  və digər qonaqlar iştirak etmişlər.
Tədbirin açılşında qonaqlar foyedə sərgilənmiş Azərbaycan Respublikasının 101 illiyi və Azərbaycan Diplomatiyasının 100 illiyinə həsr olunmuş banner, Azərbaycan Respublikasının ilk qurulduğundan müasir dövrə qədər keçdiyi inkişaf yolunu əks etdirən foto sərgi ilə və Azərbaycan Diplomatiyasının 100 illiyinə həsr olunmuş İRS jurnalının buraxılışı ilə tanış olmuşlar. Bundan əlavə, tədbirdə “Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Moldova Respublikasının dövlət himnləri səsləndirilmişdir, sonra Azərbaycan Respublikasının 101 illik və Azərbaycan Diplomatiyasının 100 illik tarixini özündə əks etdirən foto slayd göstərilmiş, qonaqlara Azərbaycanın qədim tarixi-mədəni abidələrini, əsrarəngiz təbiətini, tarixi dərin köklərə bağlanan adət-ənənələrini, həmçinin ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlarını əks etdirən sənədli film nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfiri Qüdsi Osmanov  bildirmişdir ki, 101 il bundan əvvəl 28 may 1918-ci ildə ilk dəfə olaraq Şərqdə dünyəvi dəyərlərə söykənən demokratik və müstəqil Azərbaycan Respublikası yaradılmışdır. Həmçinin 100 il əvvəl Azərbaycan diplomatik xidmət orqanı olan Xarici İşlər Nazilriyi yaradılmış və bununla da Azərbaycan diplomatiyasının əsası qoyulmuşdur. Səfir qeyd etmişdir ki, yeni qurulmuş Respublika qısa ömürlü olmasına, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycanın ictimai-siyasi, təhsil, mədəni və s. sahələrində bir sıra nailiyyətlər əldə etmiş və ilklərə imza atmışdır. Müasir Azərbaycan tarixinə toxunan diplomat müasir Müstəqil Azərbaycan Respublikasının banisi Ümumilli Lider Heydər Əliyev olduğunu və 1993-cü ildə xalqın istəyi və çağırışı ilə yenidən hakimiyyətə qayıdaraq, Azərbaycanın hərtərəfli inkişafında yeni, parlaq səhifə açdığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin Azərbaycanın dünya arenasında nüfüzundan, bir çox sahələrdə qazandığı uğurlardan, dünyaya açılan neft-qaz kəmərləri (Bakı-Tbilsi-Qars dəmir yolu, TANAP, Bakı-Supsa və s), eləcə də Azərbaycanda keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərdən (VI Bakı Forumu və.s) ətraflı danışmışdır. Səfir qonaqlara 2018-ci il ərzində Azərbaycanın siyasi, iqtisadi, mədəni və digər sahələrində baş vermiş mühüm hadisələr barədə (aprel ayında keçirilmiş prezident seçkilərin, Xəzərin hüquqi statusu barədə Sazişin imzlanması, Azərspase-2 orbitə buraxılması və.s) danışmışdır. Səfir Moldova xalqına Tel-avivdə keçirilmiş Evrovision musiqi yarışında Azərbaycana verdiyi yüksək bala (10 bal) görə təşəkkür etmiş və bundan əlavə, Azərbaycanda keçiriləcək UEFA barədə məlumat vermişdir.

Azərbaycan ilə Moldova arasında dostluq münasibətlərinə toxunan səfir, əlaqələrin qarşlıqlı maraq və əməkdaşlıq əsasında qurulduğunu bildirmiş və iki ölkənin oxşar problemlərindən bəhs etmişdir. O, Moldovanın Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, həll edilməsinin tərəfdarı olduğunu və beynəlxalq arenada daim Azərbaycanın düzgün mövqeyini dəstəklədiyini və bunun Azərbaycan üçün çox önəmli olduğunu, oxşar problemlə üzləşən Moldovanın daim Azərbaycan tərəfindən dəstəklənəcəyini qeyd etmişdir.

Daha sonra Moldova Respublikasının Baş Naziri Pavel Filip çıxış etmişdir. Çıxışında  dövlətlərimiz arasında mövcud olan sıx və mehriban ikitərəfli münasibətlərə toxunan nazir, bu əlaqələrin istər regional, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində arzu olunan müstəvidə inkişafından öz məmnunluğunu ifa etmişdir.

Mərasimdə Moldova Respublikasının bariton Vitalie Machiunschi Müslüm Maqomayevin repertuarından ifa etdiyi musiqlər, eyni zamanda səsləndirilmiş bayatı-şiraz və Moldovanın milli rəqs qrupunun Azərbaycan milli mahnılarını məharətlə etdiyi ifa, həmçinin qonaqlara təqdim edilmiş Azərbaycan milli mətbəxinin təamları tədbir iştirakçılarının zövqünü oxşamışdır.

Tədbir Moldovanın yerli KİV-də geniş işıqlandırılmışdır. 

Arxiv üzrə axtarış