2019-09-12

Moldova Elmlər Akademiyası Genetika Fiziologiya və Bitki Mühafizəsi İnstitutunun alimləri Adebesqo Vasiliski və Jarbe Svetlana Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda olublar.

Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan bildirilib.

Görüşdə qonaqlara institutda aparılan elmi-tədqiqat işləri, əldə olunan nailiyyətlər, burada becərilən endemik və müxtəlif ölkələrdən gətirilmiş ekzotik bitkilər, eləcə də müəssisənin tarixi barədə məlumat verilib.

AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutun direktoru Tofiq Məmmədov qonaqlarla birgə elmi fəaliyyət, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Moldovalı alimlər institutun laboratoriyaları ilə tanış olublar. Bitki ekologiyası laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov qonaqları müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada aparılan elmi tədqiqat işləri ilə tanış edib.

Arxiv üzrə axtarış