2023-02-23

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 764-VIQD nömrəli, 27 dekabr 2022-ci il tarixli Qanununa dair

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 764-VIQD nömrəli, 27 dekabr 2022-ci il tarixli Qanunu ilə informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan xarici mütəxəssislərin ölkəmizdə yaşaması və əmək fəaliyyəti ilə məşğul olması üçün bir sıra sadələşdirmələr həyata keçirilib.

Belə ki, dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul ola biləcək.

Əlavə olaraq, yuxarıda qeyd olunan kateqoriya əcnəbilər müvəqqəti yaşamaq üçün icazə əsasında Azərbaycan Respublikasının ərazisində yaşamaq imkanına malik olacaqdır.

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 764-VIQD nömrəli, 27 dekabr 2022-ci il tarixli Qanunu ilə ətraflı tanış olmaq üçün link: https://www.e-qanun.az/framework/53119

Arxiv üzrə axtarış