2017-05-04

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar B Ə Y A N A T I

 

Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür.

Ermənistan 1988-ci ildən başladığı növbəti hərbi təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisini, eləcə də onun ətrafındakı yeddi rayonu işğal etmiş, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilmiş, 20 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış, minlərlə insan itkin düşmüş, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülmüş, amansız işgəncələrə məruz qalmış, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində soyqırımları törətmişlər.

Həmin işğalçılıq siyasətin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquqlarının kobudcasına pozulması ilə nəticələnən, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan, tarixi abidələrlə zəngin olan, dünyaya xalqımızın zəngin mədəni irsini tanıtdıran görkəmli şəxsiyyətlər, yazıçılar, şairlər, musiqiçilər bəxş etmiş Şuşa şəhərinin işğal olunmasından iyirmi beş il keçir.

8 may 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal etmiş, bu şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə yerli əhalidən 195 nəfər şəhid olmuş, 165-dən çox yaralanmış, 68 nəfər əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal zamanı burada minlərlə eksponatı olan muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtmış, müqəddəs məbədgah və məscidləri təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazarlığa döndərmişdilər. 300 kvadrat kilometrədək ərazisi olan Şuşa şəhərində yaşayan 24.900 nəfər əhali işğaldan sonra məcburi köçkünlərə çevrilmişlər.

Lakin bu təcavüzün faciəvi nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, həmçinin Xan qızı, tanınmış sairə Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, 2

 

digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının ekspozisiyaları dağıdılmış, talan olunmuş, kitabxanalar yandırılmışdır.

Yeri gəlmişkən, hələ 1977-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin bir hissəsini Tarix-memarlıq qoruğu elan etmək haqqında qərar qəbul olunmuş, bənzərsiz təbiətə məxsus, istirahət və turizm mərkəzi kimi tanınan bu şəhərdə geniş abadlıq-quruculuq işləri aparılmış, Azərbaycan mədəniyyəti və incəsənətinin böyük simaları Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi açılmış, bu dünya şöhrətli söz-sənət ustadlarının abidələri ucaldılmışdı.

Lakin işğal nəticəsində təkcə canlılara deyil, həm də abidələrə qəsd edən erməni millətçiləri Şuşa əhalisinə, xalqımıza mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməmiş, Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləboran etmişlər.

Eyni zamanda Şuşanın işğalından bir neçə gün sonra bu şəhərin Turşsu adlanan ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən erməni silahlı qüvvələri hücuma keçərək, 18 may 1992-ci il tarixdə Azərbaycanın ərazisi olan Laçın rayonunu da işğal etmiş, nəticədə uzun illərdən bəri qəsb etməyi planlaşdırdıqları Laçın dəhlizini ələ keçirmişlər. Qeyd olunmalıdır ki, bu rayonun işğalı nəticəsində şəhər, qəsəbə və kəndlər, sənaye, kənd təsərrüfatı, səhiyyə, mədəni-maarif obyektləri, məktəblərlə yanaşı, 200-dən çox tarixi abidə, o cümlədən Ağoğlan məbədi, həmçinin xalq teatrı, tarix-diyarşünaslıq muzeyi də talan edilərək dağıdılmışdır.

Erməni millətçiləri mövcud cəzasızlıq şəraitindən yararlanaraq, çoxsaylı toponimlərimizi dəyişdirməklə, Şuşa şəhəri ətrafında yerləşən, qədim bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla, beynəlxalq hüquq normalarını pozmaqla daha bir saymazyana münasibət nümayiş etdirmişlər. Onlar zəbt olunmuş Azərbaycan ərazilərində məzarları sökür, qəbirüstü abidələri qarət edir, işğal zonasındakı məbədləri talan edirlər.

Ermənistan Respublikası bütün dünyanın gözü qarşısında Azərbaycanın unikal mədəni sərvətlərini kütləvi şəkildə məhv etməkdə davam edir. Belə ki, respublikamızın işğal edilmiş ərazilərində 927 kitabxana, dünya və ölkə əhəmiyyətli 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Bir sıra tarix diyarşünaslıq muzeyləri yerlə yeksan olunmuş, qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar, digər qiymətli eksponatlar Ermənistana daşınmışdır. Şuşadakı məşhur tarix muzeyinin də taleyi belə olmuşdur.

Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Respublikası Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Zəngin folklor, musiqi, ədəbiyyat nümunələrimizi ardıcıl və sistemli şəkildə mənimsəyən erməni millətçiləri əslində işğalçılıq müharibəsini həm də mədəni sərvətlər müstəvisində genişləndirir, Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərimizi də özününküləşdirirlər. Ermənistanın hüquqazidd əməlləri ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına dəfələrlə müraciət olunmuşdur. 3

 

Təəssüf ki, bu işğalçılıq və terrorçuluq siyasəti uzun illərdən bəri dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir və ərazi bütövlüyünün, suverenliyin pozulması yolverilməzdir.

Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilmişdir. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır.

Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası ölkəmizin işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnamə və 1690 saylı tövsiyə, həmçinin Avropa Parlamenti Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü ildə qətnamə qəbul etsələr də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunmuşdur.

Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürmüş, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı hər hansı güc tətbiqinə və hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüşdür. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Belə ki, 2016-cı il aprel ayının ilk günlərində Azərbaycanın işğal olunmuş ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən qəflətən iri miqyasda Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunlarının təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar. Bu təxribatlar nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulmuş, bu da ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilmişdir.

Bütün bunlar XXI əsrdə, yüksək mədəni inkişaf səviyyəsinə malik dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Qətiyyətlə bildiririk ki, hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilmədikcə, bütün bəşəriyyət təhlükə qarşısında qalacaqdır.

Son dövrlər dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin

Arxiv üzrə axtarış