Noyabırın 10-da Türkiyənin Moldovakı Səfirliyində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım tədbiri keçirildi.
Tədbirdə Moldovada Türkiyə və Azərbaycan Səfirliklərin nümayəndələri, Moldovada yaşayan türklər və azərbaycanlılar iştirak etdilər. Öncə tədbir iştirakçıları Atatürkün abidəsi önünə əklil qoydular.
Sonra Türkiyənin Moldovadakı Səfiri Xulusi Kılıç, iştirakçıları salamlayaraq, Mustafa Kamal Atatürkün həyat və yaradıcılığından, türk dünyası qarşısındakı böyük xidmətlərdən danışdı, o Mustafa Kamal Atatürkün "Kimi torpağa, kimi yüreklere gömülür..." sözlərini xatırlayaraq, bu gün türk dünyasının dahi oğlu olan Atatürkün ürəklərdə və əbədi türk xalqının yaddaşında yaşadığını bildirdi.
Tədbirdə iştirak üçün Azərbaycanın nümayəndələrinə təşəkkür edən Səfir, çıxışında Atatürkün dahi sözləri: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır", - deyə Səfir xatırladı.
Səfirliyin mətbuat xidməti.