2022-06-08

Moldova Respublikasının ərazisinə daxil olmağı planlaşdıran və ya Moldova Respublikasının ərazisindən tranzitlə Ukrayna Respublikasına yollanan Azərbaycan Respublikasının vətəndaşlarının nəzərinə

Moldova Respublikasının ərazisinə daxil olmağı planlaşdıran və ya Moldova Respublikasının ərazisindən tranzitlə Ukrayna Respublikasına yollanan Azərbaycan Respublikasının vətəndaşlarının nəzərinə

 

Moldova Respublikasının 200/2010 Qanunun 6(I) maddəsinə əsasən Moldova Respublikasının ərazisinə daxil olmaq üçüb icazə aşağıda qeyd olan şərtlərə cavab verən əcnəbi vətəndaşlara verilir:

 a) Dövlət sərhədini keçən şəxs Moldova Respublikasında tanınan və ya qəbul edilən etibarlı sənədə malik olmalıdır. Moldova Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmayıbsa.

 b) Bu qanunun maddələrinə uyğun olaraq, vizası, yaşama hüququ haqqında etibarlı şəxsiyyət vəsigəsi,qaçqınlıq statusu haqqında və ya humanitar müdafiə haqqında etibarlı şəxsiyyət vəsigəsi olan şəxslərə. Moldova Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hallar nəzərdə tutulmayıbsa.

 c) Ölkəyə daxil olma məqsədini təstiq edən sənədin və qalma müddəti, mənşə ölkəsinə qayıtma və ya digər ölkəyə tranzit, o cümlədən tranzit ölkəsindən üçüncü ölkəyə daxil olmaq üçün yetərli maliyə vasitəsinin mövcudluğunu təstiq edən sənədin təqdim olunması

 d) Tranzit keçidi zamanı, əcnəbi vətəndaşlar təyinat dövlətin ərazisinə giriş üçün icazə, və ya əks halda Moldova Respublikasının ərazisini tərk etmə barədə zəmanət verməlidirlər.

 e) Moldova Respublikasına daxil olan şəxslər barəsində qadağa qoyulmuş və ya arzuolunmaz elan edilmiş əcnəbilər kateqoriyasına daxil olmamalıdırlar.

 f) Moldova Respublikasına daxil olan şəxslər milli təhlükəsizlik, ictimai asayiş və sağlamlıq üçün təhlükə göstərməməlidirlər

 g) Moldova Respublikasına daxil olan şəxslər barəsində Moldova Respublikasına girişə qadağa ilə bağlı şəxsi təlimat olmamalıdır

 Bununla yanaşı, Moldova Respublikası Sərhəd haqqında 215/2011 qanunun 17(1) maddəsinə  əsasən Moldova sərhəd polisi qanunla ona verilən hüquq və haqqlara əsasən Moldovaya daxil olan şəxslərin ölkəyə giriş məqsədini təstiq edən aşağıda qeyd olan sənədləri tələb edir:

 a) İşğüzar səfərlər:

- müəssisə, təşkilat və ya qurumdan dəvət

- iqtisadi marağı təstiq edən sənədlər (məsələn: etibarnamə, əmək müqaviləsi, biletlər və ya sərgidə iştirak etmək üçün dəvətnamə)

  b) Təhsil və ya digər tədris növləri üçün səyahət:

- təhsil müəssisəsinə və ya digər tədris növü üzrə gəbulu təsdiq edən sənəd

-qiymət kitabçası və ya kursda iştirak ilə bağlı arayış

c) Turistik və ya şəxsi məqsədlər üçün səyahət:

- Oteldə yerləşmə ilə bağlı təsdiqedici sənəd və ya əcnəbi vətəndaşın şəxsi ünvanda qalacağı təqdirdə ünvan qeyd olmaqla ev sahibinin dəvəti

- Təşkil olunmuş səyahətin məntəqələrini və ya səyahət planını təstiq edən sənəd

- Dönüş bileti və ya dövrəvi səyahət bileti

d) Siyasi, elmi, mədəni, idman, dini tədbirlərdə iştirak və ya digər məqsədlər ilə həyata keçirilən səfərlər üçün:

- Dəvətnamələr, giriş biletləri, proqram, mümkün olan halda qəbul edən təşkilatın adı, səfər müddəti barədə məlumatı əks etdirən sənədlər

- Səfərin məqsədini göstərən hər hansı bir digər müvafiq sənədlər

e) Ekipaj üzvünün mindirmə, endirmə və repatriasiyası:

- Uçan heyətin şəxsiyyət vəsigəsi

Arxiv üzrə axtarış